Fotosessiya
Fotosessiya

75 yaşlı Riçard Gir yarıçılpaq halda görüntüləndi

75 yaşlı Riçard Gir yarıçılpaq halda görüntüləndi

Dünya şöhrətli Hollivud aktyoru Riçard Gir yarıçılpaq halda görüntülənib.

OLAY yazır ki, 75 sənətçini ailəsi ilə birgə Meksika sahillərində istirahət edərkən paparatsiyaların obyektivinə tuş gəlib. 

Fotoqrafların çəkə bildiyi kadrlarda Gir yalnız tünd göy rəngli üzgüçülük şortu geyinərək dənizə girməsi əks olunub.

Sosial şəbəkə əhli Hollivudun sex simvollarından olan aktyoru qocalmış yaşına görə formada olmasını yazıblar. 

Xatırladaq ki, iki il əvvəl Riçard Gir həyat yoldaşı ilə Meksikada istirahət edərkən aktyorun səhhətində ciddi problemlər yaşanıb. Səyahətdən əvvəl Girdə xilas ola bilmədiyi öskürək yaranıb. Meksikanın Nayarit əyalətinə gəldikdən sonra aktyor o qədər xəstələnib ki, ən yaxşı yerli klinikalardan birində pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Riçard Gir ispan iş qadını Alehandra Silva ilə evlidir. Cütlük 2018-ci ildə ailə qurub. Onların birlikdə iki oğlu var: 5 yaşlı Aleksandr və 4 yaşlı Ceyms.

Riçard Girin 2002-ci ildə aktrisa Keri Louelldən Homer Ceyms adlı oğlu olub. Alehandra Silva 2012-ci ildə birinci əri, mədən maqnatı Qovind Fridlanddan Albert adlı oğlu dünyaya gətirib.