Fotosessiya
Fotosessiya

“Telegram”ın yaradıcısı yarıçılpaq fotolarını paylaşdı

“Telegram”ın yaradıcısı yarıçılpaq fotolarını paylaşdı

“Telegram” sosial şəbəkə platformasının yaradıcısı, milyarder iş adamı Pavel Durov “Pasxa” bayramı münasibəti ilə yeni fotolarını yayımlayıb.

OLAY yazır ki, şəkillərdə 40 yaşlı Durov keçilərin əhatəsində yarıçılpaq halda görünüb.

Bu fotolarla o, İsanın doğulduğu səhnəyə işarə edib.

Durov şəkillərinin şərh bölümünə “Pasxa bayramınız mübarək, azadlıq və dirçəliş bayramı” sözlərini yazıb.

Xatırladaq ki, bundan əvvəl Durov sahib olduğu “Telegram”ın həmişə Aİ qanunlarına riayət etdiyini açıqlayıb. O, həmçinin qeyd edib ki, prosesə məhəl qoymayan Fransa hakimiyyəti olub, lakin onun həbsindən sonra vəziyyət dəyişib.

Qeyd edək ki, ötən ilin avqustunda Fransa hakimiyyəti Pavel Durovu Parisin Le Burje hava limanında saxlayıb. O, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulmasında və “Telegram” vasitəsilə pedofil məzmununu gizlətməkdə günahlandırılıb. Həbs zamanı onun yanında sevgilisi, kriptovalyutaçı Yuliya Vavilova da olub. Sonradan məlum olub ki, o, stress səbəbindən övladını itirib. Eyni zamanda Durov üç övladının anası İrina Bolqarla da münaqişəyə düşüb. O, iş adamını uşaqlara qarşı zorakılıqda və onların saxlanması üçün pul ödəməkdən imtina etməkdə ittiham edib.