Kristofer Nolanın baş rolda Hollivud ulduzu Mett Deymonun oynadığı “Odisseya” filminin çəkilişləri sürətlə davam edir.
OLAY yazır ki, “Odissey” obrazını oynamaq üçün aktyor özünü 180 dərəcə dəyişib.
Deymonun görünüşündəki dəyişiklik paparatsiyaların lentə aldığı fotolardan sonra məlum olub.
Tanınmaz hala düşən Mett xeyli dərəcədə çəki ataraq, arıqlayıb və uzun saqqal saxlamağa başlayıb.
İtaliyanın Favignana sahillərində yaxtada dincələn aktyor yarıçılpaq halda obyektivlərə tuş gəlib.