Dünya pop musiqisinin əfsanəvi ulduzu Cennifer Lopez “Ted Lasso” serialının ulduzu Brett Qoldşteyn ilə isti münasibətdə şübhəli bilinib.
OLAY “Daily Mail” nəşrinə istinadən yazır ki, ikili “İşdə macəra” romantik serialının çəkilişləri zamanı paparatsiyaların obyektivinə tuş gəlib.
Şəkillərdə CeyLo ilə Brettin bir-birinə göstərdiyi səmimi davranış diqqətdən qaçmayıb.
Qoldştey Cenniferdən 11 yaş kiçikdir.
Mənbələr iddia edirlər ki, Lopez romantika və münasibətə can atır. Brett isə hazırda təkdir.
Lakin Qoldşteyn əsl peşəkar olduğundan və onun üçün ilk növbədə bu münasibət iş olduğu üçün hər cür yaxınlıqdan danışmaq hələ tezdir. CeyLo çəkiliş meydançasına çıxmaq üçün səbirsizlənir. O, həqiqətən də həmkarını daha yaxından tanımaq istəyir.
Qeyd edək ki, Cennifer Lopez ötən ilin avqustun sonunda Hollivud aktyoru Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. 20 il əvvəl nişanlı olsalar da ayrılan məşhurlar 2021-ci ildə münasibətlərini bərpa edib, 2022-ci ildə evlənmişdilər.