Fotosessiya
Fotosessiya

Cici qızının yeni fotolarını paylaşdı

Cici qızının yeni fotolarını paylaşdı

Dünyaca məşhur supermodel Cici Hadid keçmiş “One Direction” qrupunun üzvü Zeyn Malikdən olan qızının fotolarını instaqram səhifəsində paylaşıb.

OLAY yazır ki, şəkillərdə dörd yaşlı Hainin anası ilə meşədə gəzdiyi, velosiped sürdüyü və Pasxa bayramına hazırlaşdığı əks olunub.

Qeyd edək ki, C.Hadid 2015-ci ildə Maliklə görüşməyə başlayıb, daha sonra cütlük ayrılıb və bir neçə dəfə yenidən bir araya gəlib. Son ayrılıq 2021-ci ildə, qızlarının doğulmasından bir il sonra baş verib. Ayrılma səbəbinin 2021-ci ilin oktyabrında modelin anası Yolanda ilə Zeynin mübahisəsi olduğu bildirilib.Hadisə baş verən gün Yolanda Hadid cütlüyün evinə gəlib və Malik onun xəbərsiz gəlməsinə razı olmayıb. Daha sonra o, Zeynin onu bir neçə dəfə vurduğunu və sonra onu şkafa bağladığını iddia edib. Yolanda ailədaxili zorakılıqda günahkar bilinən müğənniyə qarşı polisə şikayət edib, hirslə mübarizə kursları almağı əmr edib, sınaq müddətinə salınıb və Yolandaya yaxınlaşmamağı əmr edib. Cici münaqişədə anasının tərəfində olub və sevgilisi ilə münasibətlərini kəsib. Model hazırda Hollivud aktyoru Bredli Kuperlə eşq yaşayır.