Britaniyalı məşhur model Emili Ratakovski instaqram səhifəsində keçmiş əri, prodüser Sebastian Bir-MkKlarddan oğlu Silvesterin yeni fotolarını paylaşıb.
OLAY yazır ki, şəkillərdə 33 yaşlı podium ulduzu dörd yaşlı övladı ilə metroda və Nyu-York küçələrində pozalar verib.
Diqqət çəkən məqam Silvesterin uzun saçlarının yandan və arxadan yığılması və gözlərinə ürək formalı gün eynəyini taxması olub.
Qeyd edək ki, Emili Ratakovski cəmi bir neçə həftə görüşdükdən sonra 2018-ci ilin fevralında prodüser Sebastian ilə ailə qurub. Üç il sonra cütlük valideyn olub və 2022-ci ildə Emili ərinin daimi xəyanəti səbəbindən boşanmaq üçün məhkəməyə müraciət edib.