“Həyat və tale” serialı və "Göydən gələn mərkəz" filminin aktrisası Lyudmila Suvorkina dünyasını dəyişib.
OLAY “mk.ru”ya istinadən yazır ki, sənətçi Moskvada yanğın zamanı həyatını itirib.
Məlumata görə, Lyudmila yanğın söndürüldükdən sonra Lesnaya küçəsindəki mənzilində ölü tapılıb.
Onun 74 yaşı var idi.
Yanğın aprelin 5-də axşam saat 10 radələrində binanın altıncı mərtəbəsində baş verib.
Suvorkinanın tək həyat sürdüyü məlumdur. Qonşuları onun heç kimlə əlaqə saxlamadığını bildiriblər.