Fotosessiya
Fotosessiya

Ölkənin ən yaşlı kişisi vəfat etdi

Ölkənin ən yaşlı kişisi vəfat etdi

Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib.

OLAY yazır ki, bu haqda modern.az-a onun yaxınları məlumat verib.

1915-ci il təvəllüdlü Hilal İbrahimovun ötən gecə dünyasını dəyişdiyi bildirilir.

H.İbrahimov Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. Bakı şəhərinin Sabunçu rayonunda yaşayırdı. 

O, uzun müddət mühasib vəzifəsində çalışıb. İkinci Dünya Müharibəsindən qayıtdıqdan sonra ailə həyatı qurub. Onun bu nikahdan 8-i qız, ikisi oğlan olmaqla 10 övladı dünyaya gəlib. Ölkəmizin ən yaşlı sakininin 22 nəvəsi, 18 nəticəsi var.

2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə edərək, nümunəvi davranış sərgiləyib. 

Qeyd edək ki, Hilal İbrahimov bir müddət əvvəl yıxılıb və sol bud sümüyünün boyun sınığı yaranıb. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub.