Fotosessiya
Fotosessiya

85 minlik gəlinliyi replika imiş...

85 minlik gəlinliyi replika imiş...

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl aktrisa Gökçe Bahadır musiqiçi sevgilisi Emir Ersoy ilə evlənib.

OLAY yazır ki, sənətçinin gəlinlik libası sosial şəbəkələrdə müzakirə olunub. Onun belinə qara lent bağlaması isə diqqət çəkib. Həmçinin, Gökçenin libası əksəriyyət tərəfindən bəyənilib.

Bununla yanaşı, paltarın qiyməti və brendi maraq doğurub. “Kimnerdenaldi” instaqram səhifəsində aktrisanın gəlinliyinin Züleyha Kuru imzalı olduğu bildirilib.

Məlumata görə, paltarın qiyməti 85 min lirədir.

Gəlinliklə bağlı daha bir fakt da ortaya çıxıb. Belə ki, bu libas “Vera Wang ” brendinin 2011-ci il kolleksiyasından olan paltarın replikası imiş.