Seksual xarakterli zorakılıqda ittiham olunan fransalı dünya şöhrətli aktyor Jerar Depardye başına gələnlərdən söz açıb.
OLAY yazır ki, sənətçi məhkəmədəki davranışını “rus təbiəti” ilə izah edib.
“Mənə həmişə deyirdilər ki, mən rus xarakterinə malikəm. Bilmirəm, sərxoşluğumdan, yoxsa ədəbsizliyimdəndir”, - deyən Depardye, sərxoşluğunun tez-tez davranışlarının zəlil kimi qəbul edilməsinə səbəb olduğunu bildirib.
Aktyor zərərçəkənlərdən birinin əhvalı pis olduğu üçün ombasından yapışdığını da etiraf edib:
“Sürüşməyim deyə ombasından tutdum. Çox əsəbi idim, hava isti idi, çəkilişlərin sonuna yaxın cümə günü idi, çox yorğun idim”.
Depardye qeyd edib ki, qızın bu hərəkətindən niyə əsəbiləşə biləcəyini anlayır.
Qeyd edək ki, keçən ilin aprel ayında Jann Bekkerin 2021-ci ildə çəkdiyi “Yaşıl Panjurlar” filminin çəkiliş meydançasında Jerar Depardye cinsi zorakılıqda ittiham olunub. 2023-cü ildə Fransanın “Mediapart” nəşri 2004-cü ildən 2022-ci ilə qədər 11 filmin çəkiliş meydançasında aktyorun təcavüzündən danışan daha 13 qadının ifadələrini dərc edib. Depardyenin Parisdəki evində onu iki dəfə zorladığını iddia edən ilk şəxs Şarlotta Arnault olub. Daha sonra aktrisa Emmanuel Debever də oxşar ittihamlarla çıxış edib və 2023-cü ilin dekabrında intihar edib. Depardye bütün ittihamları rədd edir və özünü “media linçinin qurbanı” adlandırır. Təqsirli bilinərsə, Depardyeni 5 ilə qədər həbs və 75 min avro cərimə gözləyir.
Xatırladaq ki, Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını prezident Fransua Ollandın zəngin vətəndaşları gəlirlərinin 75%-ə qədərini verməyə məcbur edən lüks vergisi tətbiq etməyi təklif etməsindən sonra alıb.