Şahzadə Meqan Markl, həyat yoldaşı Şahzadə Harridən olan uşaqları ilə yeni fotosunu yayımlayıb.
OLAY yazır ki, sözügedən şəkil Sasseks hersoginyasının instaqram səhifəsində paylaşılıb.
Görüntüdə 43 yaşlı Meqan, bir qolu ilə üç yaşlı qızı Lilibeti, digəri ilə isə beş yaşlı oğlu Arçini qucaqladığı əks olunub.
“Hər gün bir sevgi hekayəsidir”, - deyə Markl yazıb.
Bağda çəkilmiş fotoya görə, ailə çiyələk yığıb. Eyni zamanda ana da, qızı da başlarına həsir papaq qoyublar.
Meqan həmişəki kimi uşaqların üzünü göstərməyib.
Qeyd edək ki, keçmiş Hollivud aktrisası Meqan Markl və Britaniya taxt-tacının varisi Şahzadə Harri 2018-ci ildə evləndilər. Bu, onun ikinci evliliyi idi: Markl bundan əvvəl prodüser Trevor Engelsonla üç il evli olub. 2020-ci ildə məhkəmə ilə münaqişədən sonra Harri və Meqan Markl titullarından imtina etdiklərini və sonra İngiltərəni tərk etdiklərini açıqlayiblar. Ailə Amerikada məskunlaşıb və orada öz bizneslərini qurmağa çalışır.