Fotosessiya
Fotosessiya

Elnarə Abdullayevanın adından dələduzluq!

Elnarə Abdullayevanın adından dələduzluq!

Əməkdar artist Elnarə Abdullayevanın adından dələduzluq edilib.

OLAY yazır ki, bu haqda xanəndə instaqram səhifəsində məlumat yayıb.

Abdullayeva bildirib ki, naməlum şəxs onun dostlarına zəng edərək, adından pul istəyir:

“Son zamanlar dələduzluq halları ilə rastlaşdığımız hamıya məlumdur. Bəzi dələduzlar əhatəmdə olan dost, tanışlara zəng edib adımdan pul istəyir. Bu tip məlumatlara qətiyyən inanmayın və pul göndərməyin. Şikayət edilib və adiyyatı üzrə iş nəzarətə götürülüb”.