Fotosessiya
Fotosessiya

Nikol Kidmanın keçirdiyi plastik əməliyyat uğursuz oldu

Nikol Kidmanın keçirdiyi plastik əməliyyat uğursuz oldu

Dünya şöhrətli Hollivud aktrisası Nikol Kidmanın qeyri-adi qulağı forması bir anda sosial şəbəkənin qızğın müzakirə mövzusuna çevrilib.

OLAY yazır ki, 57 yaşlı sənətçinin pərəstişkarları son vaxtlar aktrisanın qulaqlarını saç və ya iri həcimli sırğalarla örtməyə çalışdığını görüblər.

Xüsusi maraq göstərən pərəstişkarları Nikolun qulaqlarının aydın göründüyü müxtəlif illərdəki fotolarını müqayisə edib və onların formasının həqiqətən çox dəyişdiyini qeyd ediblər. 

Onların düşünürlər ki, bunun səbəbi Kidmanın keçirdiyi uğursuz plastik əməliyyatlardır.

“Daily Mail” nəşrinə açıqlama verən cərrah Mark Solomos aktrisanın qulaqlarının formasının dəyişdiyini təsdiq edib.

Onun sözlərinə görə, bu qulaqların hətta öz adı var: “pixie”. Onlara “elf qulaqları” və ya “yarasa qulaqları” da deyilir. Həkim izah edib ki, bu fenomen həqiqətən də keyfiyyətsiz cərrahi müdaxilənin yan təsiridir. Əgər cərrah əməliyyat zamanı üzün dərin strukturları ilə işləməkdənsə, dərinin yuxarı təbəqələrinə toxunarsa, qulağın aşağı hissəsi uzana bilər.

Mütəxəssis “İş səhv aparılarsa, qulaqcıq yerindən tərpənə bilər. Həkimin vəzifəsi qulağı düzəltmək və prosedurun üzün daxili təbəqələrini dartmağa yönəldiyinə əmin olmaqdır, nəinki dərini çox uzatmaqdır” fikirlərini dilə gətirib.