Fotosessiya
Fotosessiya

Hamilə model bikinidə fotolarını yayımladı

Hamilə model bikinidə fotolarını yayımladı

Üçüncü övladını gözləyən super-model Cizel Bündxen yeni fotoları ilə gündəmə gəlib.

OLAY yazır ki, 44 yaşlı podium ulduzu fotosunu instaqram səhifəsində nümayiş etdirib. 

“Xoşbəxtlik daxili işdir. Yaşamaq istədiyiniz həyatı yalnız siz yarada bilərsiniz”,  – deyə Cizel paylaşdığı şəklinə şərh yazıb. 

Modelin gələcək övladının atası onun yeni sevgilisi, ciu-citsu üzrə məşqçi Yoahim Valentedir. 

Bündxen yeni sevgilisi ilə evlənməyi planlaşdırmır. Sərvəti 400 milyon dollar dəyərində qiymətləndirilən Bündxenin toya qarşı əsas arqumentinin maliyyə vəziyyətindəki fərq olduğu iddia edilir. Modelin ilk evliliyindən 14 yaşlı oğlu Benjamin və anasının surəti adlandırılan 11 yaşlı qızı Vivian var.