Aktrisa Füsun Demirelin oğlu zəhərlənib.
OLAY yazır ki, sənətçinin övladı Dubaydan İstanbula uçan təyyarədə toyuq sendiviç yeyib.
Sabiha Gökçenə eniş etdikdən sonra halı pisləşən uşaq xəstəxanaya aparılıb və mədəsi yuyulub.
Bu barədə sənətçi özü məlumat yayıb və şirkətdən şikayətçi olacağını bildirib.