Ayşe Barımın məhkəməsində dindirilən aktrisa Deniz Işının ifadəsi üzə çıxıb.
OLAY yazır ki, bu barədə türk mediasında məlumat yayılıb. Bildirilib ki, Deniz birbaşa A. Barımdan şikayətçi olmayıb:
“Ayşe Barımla sadəəc bir dəfə qarşılaşmışıq. Onun sahibi olduğu şirkətlə heç bir müqaviləm olmayıb. Sözügedən paylaşımı sektordan dostların dediyi məlumatlara görə paylaşmışdım. A. Barımın məni bir layihədə görmək istəmədiyini demişdilər. Lakin sonradan orada rol aldım. Yəni birbaşa işimi əlimdən almayıb. Sadəcə bizim sahədə olan problemin üzə çıxması səbəbi ilə bu məsələyə diqqət çəkmək üçün paylaşım etdim. Heç kimdən şikayətçi deyiləm”.
Xatırladaq ki, D. Işın instaqramda “Qadın həmrəyliyi istədiyiniz qadına görə neçə qadın işsiz qalıb, heç fikirləşdiniz” sözlərini qeyd etmişdi.