Dünya pop musiqisinin əfsanəvi ulduzu Madonna paylaşdığı son fotoları ilə gündəmə səs salıb.
OLAY yazır ki, buna səbəb 66 yaşlı sənətçinin süni intellektin köməyi ilə 87 yaşlı Papa Fransislə ərsəyə gətirilən qalmaqallı şəkillər olub.
Belə ki, sözügedən fotolarda Papa Fransis Madonnanın belindən qucaqlanması əks olunub.
Katoliklər təxribat yönümlü bu şəkilləri hörmətsizlik və əxlaqsızlıq adlandıraraq, şiddətlə şəkildə reaksiya veriblər.
İkilinin bu görüntülərinə sosial şəbəkədə izləyiciləri “Nəhayət, öz yaşına bir yoldaş tapdı, qoy iyirmi yaşlılar bir az dincəlsin”, “Əgər o, ömürlük subaylıq andını pozmağa qərar versəydi, Madonnanı seçəcəyinə şübhə edirəm” kimi şərhlər yazıblar.
Qeyd edək ki, hələ 1989-cu ildə Vatikan Madonnanı “Like a Prayer” mahnısının klipi ilə bağlı qalmaqaldan sonra qınamışdı. Ruhanilər dini simvolların qeyri-müəyyən istifadəsini xoşlamırdılar - videoda, məsələn, yanan xaçlar göstərilir - və daha çox qaradərili “müqəddəs” kişilərlə ehtiraslı öpüşlər.