Fotosessiya
Fotosessiya

“Kraliça kimi yaşayıram, çuval geyinsəm də mən yenə Bülent Ersoyam!”

“Kraliça kimi yaşayıram, çuval geyinsəm də mən yenə Bülent Ersoyam!”

Türk sənət musiqisinin divası Bülent Ersoyun “Altın Kelebek”dəki çıxışı qardaş ölkənin mediasında müzakirələrə səbəb olub.

OLAY yazır ki, sənətçi sözügedən mükafatlanma mərasimindəki çıxışı ilə bağlı instaqram səhifəsində post yayımlayıb.

Səhnəyə çətinliklə çıxması və ayaqda durmaq üçün bir bəyin əlindən tutması müğənninin səhhətində ciddi problemlərin olması ilə dəyərləndirilib.

Bülent sağlamlığı ilə bağlı məsələyə belə reaksiya verib:

“Əvvəla, təvazökar mənliyimə heyranlıqlarını tərifləri və əzəmətli lütfləri ilə ifadə edənlərə və daha da əhəmiyyətlisi mənim xəstə olub-olmaması ilə maraqlananlara və mənim haqqımda düşünüb kədərləndiyinizə görə çox böyük minnətdarlığımı bildirirəm. Mənə görə narahat olmayın... Həyat sevincimlə, şöhrətimlə, var-dövlətimlə son dərəcə sağlam, dinc, xoşbəxt, dünyanın mənə bəxş etdiyi nemətlərdən istifadə edərək bir kraliça kimi yaşayıram. Mükafat mərasimində səsim titrəmiş ola bilsin. Sırf səhnəyə çatmaq üçün məni uzun yol getməyə məcbur etdilər və bir az da həyəcanlandım, amma inşallah partlamağa hazır bomba kimiyəm. Mən belə olmasaydım, səhnələrimdə 3 saat işdən-işə tələsik insanların heyranlığından həzz ala bilməzdim”.

74 yaşlı əfsanəvi sənətkar “Altın Kelebek” üçün xüsusi ilə hazırlatdığı yaşıl libasından da söz açıb.

Ersoy onun bu geyimini lağa qoyanlara dünya pop səhnəsinin ulduzu Rihannanı misal çəkərək belə cavab verib:

“İndi gəlin, həyasızlıq edərək öz şərhləri ilə məni incidə biləcəklərini zənn edən bir ovuc görməmiş, qısqanc insanlara qarşı deməli olduğum sözlərdən danışaq. Dünya səviyyəli modelyerlərlə işləyən dünya səviyyəli sənətçi madam Rihanna bu modeli bəyəndi və buna görə də bəyənildi, ona görə də bu “tafta palto” ilə hörmətli insanların qarşısına çıxdım və dedim ki, bu paltoyu geyinib bu geyimlə bu böyük mükafatı almalıyam.. Kumaşı ipək taftadır və çox gözəl tikdirmişəm. Düşmənlərimə uğurlar, çatlasınlar… Bir də hamı yaxşı bilməlidir ki, çuval geyinsəm də mən yenə Bülent Ersoyam! Mən adi deyiləm və bu həmişə belə davam edəcək və siz bir dəstə vizyonsuz paxıllar məni sonsuza qədər belə qısqanacaqsınız və siz danışmağa davam edəcəksiniz. Sən danış, mən qalibəm. Qiymətim artır. Məni heç incitmirsiniz, məni kədərləndirmirsiniz. Məni yalnız güldürürsünüz, danışın, danışın, davam edin!”