İtalyan moda ustadı Roberto Kavallinin keçmiş həyat yoldaşı Eva Kavallinin Türkiyədə başına iş gəlib.
OLAY yazır ki, o, ötən il Bodrumda detoks mərkəzinə üz tutub. Lakin səhv müalicəyə görə bağırsaqlarında yırtılmalar əmələ gəlib.
Bundan sonra xəstəxanaya üz tutan Kavalli 35 saat gözlədilib. Bu səbəbdən də onun səhhətindəki problem daha da artıb.
E. Kavalli maddi-mənəvi zərər gördüyü üçün xəstəxanadan 42 milyon lirə təzminat tələb edir.