Fotosessiya
Fotosessiya

Uzun müddətdən sonra bir arada

Uzun müddətdən sonra bir arada

Xərçəng müalicəsindən sonra sağalmağa davam edən Uels şahzadəsi Keyt Middlton Şahzadə Uilyamla birlikdə çıxıb.

OLAY yazır ki, cütlük Böyük Britaniyaya iki günlük səfərə gələn Qətər əmiri ilə görüşüb.

Keyt və Ülyam Britaniya kral ailəsi adından Şeyx Təmim bin Həməd Al Tani və onun üç həyat yoldaşından birincisi Şeyxa Cəvahiri qarşılayıb. 

Tarixi görüşdə Böyük Britaniya Kralı Çarlz (III Karl) da iştirak edib.

Görünüş üçün 42 yaşlı Keyt “Alexander McQueen” markasına məxsus palto və tünd qırmızı rəngli “Sahar Millinery” aid papağı seçib - Qətər bayrağına uyğun. O, həmçinin mərhum Kraliça II Yelizavetanın zinət əşyalarını - onun Bəhreyn mirvari sırğalarını və Yapon mirvarini taxıb.

Qeyd edək ki, Keyt Middlton, mart ayında xərçəng müalicəsindən keçdiyini elan etdikdən sonra 2024-cü ilin çox hissəsi üçün ictimaiyyətin diqqətindən kənarda qalıb. Sentyabr ayında məhkəmə onun kimyaterapiyasını tamamladığını bildirən bir bəyanat verib.