Fotosessiya
Fotosessiya

Meyxanaçılardan Xəyyama vida paylaşımları

Meyxanaçılardan Xəyyama vida paylaşımları

Ötən gecə qəfil dünyasını dəyişən söz xiridarı Xəyyam Əhmədlinin vəfatı meyxana aləmini kədərə boğub.

OLAY yazır ki, bir sıra meyxanaçılar instaqram səhifəsində mərhum sənətçi ilə bağlı paylaşımlar edərək ailəsinə və yaxınlarına başsağlığı veriblər.

Xəyyama evində baş çəkərkən çəkdirdiyi fotosunu yayımlayan Tərlan Novxanı “Allah rəhmət eləsin, Allah günahlarını bağışlasın. Yəqin ki, yolun məmləkətə sarıdır, qardaş. Yaddan çıxmayacaqsan. Ailənə və səni sevənlərə səbr diləyirəm” sözlərini yazıb.

Ələkbər Yasamallı da mərhum həmkarı ilə lentə alınan şəklini instaqram səhifəsində paylaşaraq “Allah rəhmət eləsin. Allah günahlarını bağışlasın” şərhini yazıb.

Bala Əli Xəyyamın fotosunu yayımlaraq “Allah rəhmət etsin! Qismət belə imiş... Son gün qalmışdı çox heyf… Əcəl çox amansızdır, bir gün belə gözləmədi ona görə də...” fikirlərini ifadə edib. 

Orxan Lökbatanlı həmkarı ilə sağlığında restoranların birində masa arxasında çəkilən şəklini paylaşaraq “Allah Rəhmət eləsin. Məkanın cənnət olsun. Çox çalışdıq, olmadı heyf...” şərhini yazıb.

Qeyd edək ki, Xəyyam ürəkçatışmazlığından əziyyət çəkirdi. Onun qarnına su yığıldığı üçün ürəyini yenidən əməliyyat etmək mümkün deyildi. Meyxanaçının sağalması üçün ona qiyməti 130 min dollarlıq süni ürək aparatı lazım idi. Həmin məbləğin toplanılmasında meyxanaçılar yardıma başlamışdılar.