Fotosessiya
Fotosessiya

Liamın “Rolex” saatının hara yoxa çıxdığı məlum oldu

Liamın “Rolex” saatının hara yoxa çıxdığı məlum oldu

Polis mərhum Liam Peynin 30 min dollar dəyərində “Rolex” saatının harada yoxa çıxması ilə bağlı versiyanı səsləndirib.

OLAY yazır ki, bu gün saatın müəmmalı şəkildə hara yoxa çıxdığı məlum olub.

Belə ki, polis onları sənətçinin otağında olan zəng edən qızlardan biri tərəfindən oğurlandığını güman edir. 

Məsələ burasındadır ki, Peyn qonaqlarına 5000 funt sterlinq ödəməli olub, lakin onun nağd pulu olmayıb və müğənninin onlara öz “Rolex”ini vəd etdiyi iddia edilir. Onlar arasında mübahisə hotelin foyesinə baş verəndə qız kosmetik çantasını otaqda unutduğunu və bundan sonra ifaçının saatı yoxa çıxıb.

Xatırladaq ki, Liam Peyn oktyabrın 16-da üçüncü mərtəbədən yıxılaraq aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Sənətçi həyatının son dəqiqələrini Buenos-Ayresdəki “CasaSur Palermo” hotelindəki otağında keçirib. Otelin qonaqları jurnalistlərə bildiriblər ki, Peyn faciə günü özünü nalayiq aparıb: o, döşəmədə qaçıb, qışqırıb, mebel və avadanlıqları sındırıb.