Rusiyanın Xalq artisti Alla Puqaçovanın saçları ilə bağlı problem yaşadığı üzə çıxıb.
OLAY yazır ki, bu səbəbdən rus estradasının primadonnası özündən 27 yaş kiçik olan həyat yoldaşı Maksim Qalkini sevindirmək üçün pariklə yatır.
Bu haqda açıqlamanı isə məşhur stilist Aleksandr Danilov verib.
“Bir gün onu tədbirə dəvət etmişdilər və ondan “Aloçka, saçının bir teli tökülmək üzrədir”, - deyə, soruşdular. Puqaçova isə “Mən qocalıram, saçlarım da tökülür” cavabını verib.
Bir zamanlar A. Puqaçova saçları ilə öyünürdü. Çoxları məşhurun qalın saçlarına həsəd aparırdı və sonra hamı sənətçinin nazik saç düzümündə görməyə başladı. Əlbəttə, Alla daha gənc görünməyə çalışır. Lakin günü gündən pisləşən səhhəti ona bu imkanlardan məhrum edir. Belə ki, Puqaçovanın ürək və qan damarlarında problemləri, ayaqlarında ağrıları var.