Fotosessiya
Fotosessiya

Plastik əməliyyatlar etdirdiyini boynuna almadı

Plastik əməliyyatlar etdirdiyini boynuna almadı

“Pişik qadın” ləqəbi ilə bütün dünyada məşhurlaşan model və aktrisa Joselin Vildenşteyin açıqlaması ilə gündəmə səs salıb. 

OLAY yazır ki, bu haqda 84 yaşlı Joselin “The Sun” nəşrinə danışıb. 

Yeni müsahibəsində Vildenşteyin heç vaxt plastik cərrahların xidmətlərinə müraciət etmədiyini və guya dolguların vurulmasından və hətta botoks iynələrindən yayındığını bildirib:

“Mən plastik əməliyyat etdirməmişəm. Mən əməliyyatdan sonra nə baş verə biləcəyindən qorxuram. Botoksu sevmirəm. Hər kəsin buna reaksiyası fərqlidir. Mən cəmi iki dəfə üzümə botoks vurdurmuşam. Bilmirəm allergiyam var, amma iynə vuranda xoşuma gəlmir. Bu da yaxşı nəticə vermədi. Bundan sonra üzüm şişdi. Mən heç vaxt dolğulardan istifadə etməmişəm. Dolğu etdirən bir neçə dostum var və onlar bundan xoşbəxt deyillər”.

Təəssüf ki, Jozelinin arxiv fotoları çoxlu müdaxilələrdən xəbər verir ki, bunu ağılla inkar etmək mümkün deyil. Versiyalardan birinə görə, məşhur qadın onun “vaşaq pişik” kimi görünməsini istədiyi iddia edilən mərhum keçmiş ərinə görə ilk əməliyyatı etdirməyə qərar verib. Qadın 1990-cı illərin sonlarında milyarder iş adamı Alek Vildenşteyin boşandı və o vaxtdan getdikcə pişik xüsusiyyətlərinə görə dünya nəşrlərinin qəhrəmanına çevrilib.