Liam Peynin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.
OLAY yazır ki, onun otağından qaçmağa çalışarkən həyatını itirdiyi iddia edilib. Məlumata görə, işçilər onu foyedə sərxoş olduğu, əşyalara zərər verdiyini və otaqda qalmaq istəmədiyini deyiblər. Bildirilib ki, Peyn “Eyvandan qaçacağam” deyib. Bundan əlavə, hotel işçkiləri 911-ə zəng edərək məlumat veriblər.
Polis ölümündən öncəki kamera görüntülərini araşdırmağa davam edərkən Peynin otağında iki yüngül əxlaqlıqadınla parti etdiyi məlum olub.
Peynin cansız bədəni çiynindəki çanta ilə tapılıb. Bir mərtəbə aşağıda tapılan “Liam üçün” yazılan çanta isə onun ikinci mərtəbəyə keçmək istədiyini təsdiqləyib. Çantada isə dərmanlar və içki şüşəsi olub. Polis hadisənin intihar olmadığını, Peynin yıxılarkən yarı şüusuz və ya tamamilə özündə olmadığı bildirilir. Hotel işçiləri və dostu Roqelio Noresin sorğusu isə davam etdirilir. Nores Peyni tək qoymadığını, o, yıxılmazdan qısa zaman öncı hoteldən çıxdığını deyib.