Fotosessiya
Fotosessiya

“Yazılan şərhləri oxumuram” - Mələykə

“Yazılan şərhləri oxumuram” - Mələykə

“Mən ruh adamıyam, duyğusalam. Biləndə ki, kimsə məni incidir başlayıram daha çox işləməyə. Mən hər zaman uğurumla cavab vermişəm. Bir adam çıxıb deyə bilməz ki, mən kiməsə söz atmışam, kiminsə işinə qarışmışam”. 

OLAY yazır ki, bu sözləri Xalq artisti Mələykə Əsədova qonaq olduğu “7 tamam” verilişində deyib. 

Sənətçi onun arxasıyca danışanlara hər zaman gördüyü işi ilə cavab verdiyini söyləyib: 

“Bunu hər zaman deyirəm əgər sən varsansa səndən danışacaqlar. İşi-gücü olmayan, bekar insanlar kimlərinsə arxasıyca danışırlar. Məndən teatrda çalışan digər aktyorlar haqqında soruşanda cavab verirəm ki, bilmirəm kimin neçə uşağı var, çünki mənim zamanım yoxdur, yalnız öz işimlə məşğul oluram. Onların xoş və bəd günlərində yanındayam. Mənim başım özümə, ailəmə, işimə və baxımıma o qədər qarışır ki, vaxtım olmur ki, oturum sosial şəbəkədə yazılan şərhləri oxuyum. Şəxsən mən yazılan rəyləri oxumuram“. 

Proqramın aparıcısı Nanə Ağamalıyevanın “Qərar verilib ki, siz bu rolu ifa edəcəksiniz amma son anda məlum olub ki, kimsə bu roldan sizi kənarlaşdırıb? ” sualına M. Əsədova belə cavab verib: 

“Mən teatrda seçilən aktrisayam. Elə bir şey olmayıb. Mən teatrda ən möhtəşəm obrazlara imza atmışam. Amma bu məsələyə qayıdanda demək istəyirəm ki, dünən də olub, bu gün də var, sabah da olacaq... Deməli mən varam ki, varlığım kimlərisə yox hiss etdirəcək, ona görə olmuram. Mən yenədə bunları buraxıram Allahın ümidinə. Hər kəs hər şeyi görür, bilir”.