Keçmiş “Spice Girls” pop qrupunun üzvü, dünyaca məşhur dəb dizayneri Viktoriya Bekhem 25 ildir eyni şeyi yeyir - qızardılmış balıq və buxarda bişmiş tərəvəz.
OLAY yazır ki, Viktoriya bu cür sərt pəhrizin obyektiv səbəblərini açıqlayıb.
“Dərimə görə yediyim şeylərə çox diqqət edirəm”, - deyə V.Bekham bildirib.
Məlum olub ki, Viktoriya uşaq ikən - cəmi səkkiz yaşı olanda qırmızı ət yeməyi dayandırıb. İndi o, müəyyən növ buğda və undan da çəkinir.
Lakin buna rəğmən ulduz bir-iki bokal şərabdan imtina etmir. Üstəlik, ertəsi gün gözəl dəri üçün narahat olmağa dəyməz: bunun üçün onun hər səhər 30 dəqiqə istifadə etdiyi xüsusi “Dermalux LED” cihazı var.
Viktoriya heç vaxt yemək bişirmədiyini etiraf edib. Ancaq həm o, həm də ailə üzvləri buna yumorla yanaşırlar.