Fotosessiya
Fotosessiya

“Başıma gələnlər məni qəddarlaşdırdı”

“Başıma gələnlər məni qəddarlaşdırdı”

“Anam həmişə deyirdi ki, həyatda başınıza nə gəlirsə, gəlsin dik durun. İt -qurd var, ay bala. O it-qurd kimdirsə (çox yaxşı bilirəm kimlərdir ), başıma gələn hər faciədə məni ayaqda saxladı”.

OLAY yazır ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova yazıb. O, fikirlərinə bunları əlavə edib:

“Hazırda yanımda insan kəssələr, ruhum duymaz. Ümumiyyətlə başıma gələn ağrılar məni çox qəddarlaşdırdı. Mən özümü belə dəfn edib yaşamağı bacaran adamam. Bunun adı həyata qarşı amansız olmaqdı. Onun mənə olduğu kimi!”.