Xalq artisti, opera müğənnisi Şahlar Quliyev 78 yaşında dünyasını dəyişib.
OLAY yazır ki, bu barədə sənətçinin oğlu, tanınmış aktyor Nofəl Şahlaroğlu məlumat verib.
Qeyd edək ki, Şahlar Quliyev uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. O, 2005-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü idi.