Fotosessiya
Fotosessiya

Model Trampı təcavüzdə ittiham edir

Model Trampı təcavüzdə ittiham edir

“Sports Illustrated” keçmiş modeli Steysi Uilyams Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti ( 2017-2021 illər) Donald Trampı təqib etməkdə ittiham edib.

OLAY yazır ki, 56 yaşlı Steysi Uilyams bildirib ki, siyasətçi onu 90-cı illərdə, qadının cəmi 20 yaşı olanda təhqir edib.

Donald bunu guya sonradan dəhşətli cinayətlərdə, o cümlədən zorakılıqda və cinsi istismar məqsədilə yetkinlik yaşına çatmayanların alverində günahlandırılan dostu Ceffri Epştein ilə öyünmək üçün edib.

CNN yazır ki, bu, qadının ilk kamera önündə verdiyi müsahibəsi olub. Onun sözlərinə görə, hər şey Trampın ofisində baş verib. Steysi Epşteynin özünü də tanıyıb. Belə ki, həmin gün onu milyarderlə  görüşmək üçün “Trump Tower”ə gətirən elə məhz Epşteyn olub.

“Tramp məni özünə tərəf çəkdi və əlləri sadəcə mənim üzərimdə gəzdirdi. Və sonra əllər hərəkət etməyə başladı. Əlləri ilə sinəmə, baldırlarıma, arxama toxundu. Və mən dondum. Nə baş verdiyini anlaya bilmədim” – deyə Steysi vurğulayıb.

Bu anda Tramp və Epştein heç bir şey olmamış kimi mövzuları haqqında danışmağa davam etdilər. Onlar bir-birlərinə gülümsədilər və Tramp köməkçiləri də irəli-geri gəzərək hər şeyin yaxşı olduğunu söylədilər. Tezliklə Uİlyams “Steysi, evin evdən uzaqdadır. Sevgi ilə Donald” yazılı romantic kart alıb.

Modelin dostları deyirlər ki, Steysi Uilyams yaşadığı hadisələr barədə bir neçə dəfə yəni 2008, 2015 və 2018-ci illərdə danışıb. Lakin onun sözləri nədənsə diqqətdən kənarda qalıb.

Donald Trampın özü bu ittihamları rədd edir və bunun başqa bir prezidentliyə namizəd Kamal Harrisin xeyrinə addım atmaqdan başqa bir şey olmadığını iddia edir.