Fotosessiya
Fotosessiya

“Verilişdə bu nə biabırçılıqdır, bazardı elə bil” - Elvin

“Verilişdə bu nə biabırçılıqdır, bazardı elə bil” - Elvin

Müğənni Elvin Abdullayev ATV-də yayımlanan “Rəngarəng” verilişini tənqid edib. 

OLAY yazır ki, sənətçi proqramda qonaq olan həmkarı Afət Fərmanqızının aparıcı tərəfindən kart hesabındakı məbləği göstərməsi olayına sosial şəbəkə hesabı vasitəsi ilə sərt şəkildə reaksiya bildirib. 

“Bu nə biabırçılıqdır? Kartda olan və ya olmayan kimə maraqlıdır? Hələ üstündən fonda həyəcanlı mahnı da veriblər, guya nəsə var. Vallah, heç kimə lazım deyil. Bazardı elə bil. Bunlar hansı ildə qalıblar görəsən? Hicri qəmər tarixi ilə gedirlər? ”, - deyə Elvin yazıb.