Aktrisa Hafsanur Sancaktutan açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi çəkiliş meydançasında menstruasiya dövrünü necə keçirdiyindən danışıb.
“Çəkiliş meydançasında menstruasiya olanda bunu kişilərə deyirəm. Söyləyirəm ki, qarnım ağrıyır. Bunu bilərək edirəm. Mümkündürsə, kişilərdən ağrı kəsici istəyirəm, ya da kişilərə qadın bezi aldırıram. Çünki bu, normaldır”.