İtalyan kino ulduzu, dünya şöhrətli aktyor Al Paçino 4 il əvvəl ölümlə üz-üzə qaldığını açıqlayıb.
OLAY yazır ki, bu haqda 83 yaşlı sənətçi “The New York Times” nəşrinə müsahibəsində bildirib.
Al Paçino bildirib ki, 2020-ci ildə koronavirusa yoluxduqdan sonra huşunu itirib və nəbzi dayanıb:
“Evdə idim və özümü olduqca çox pis hiss edirdim. Həkimlər dedilər ki, nəbzim yox idi. Bu belə bir şey idi, sən buradasan, amma yoxsan. Qəribə bir qarışıqlıqdır. Huşumu itirməzdən əvvəl qızdırma və susuzluq var idi. Oyananda 6 feldşer və iki həkimdən ibarət tibbi briqadanı gördüm. Onlar kosmosdan və ya başqa yerdən gəlmiş kimi kostyumlar geyinmişdilər. Gözümü açıb bunu görmək şok oldu. Hamı mənim ətrafımda idi. Onlar sözlədilər ki, o geri döndü, buradadır”.