Fotosessiya
Fotosessiya

Alimin nəvəsindən “Müəllim günü” ilə bağlı təbrik

Alimin nəvəsindən “Müəllim günü” ilə bağlı təbrik

Bu gün oktyabrın 5-i ölkədə “Müəllim günü” kimi qeyd olunur.

OLAY yazır ki, bu münasibətlə Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə anasını, babası Xalq artisti Alim Qasımov, qayınatası Xalq artisti Natiq Şirinov və həyat yoldaşı, nağara ifaçısı Ümidi instaqram səhifəsində təbrik edib.

Anası Fərqanə babası Alimin fotolarını yayımlayan Fatimə “Müəllimlər gününüz mübarək. Siz həyatda mənə sevməyi, musiqini, oxumağı, zövq almağı, şükür etməyi, sadəliyi öyrətdiniz. Sizin timsalınızda bütün müəllimləri təbrik edirəm” sözlərini yazıb.

Növbəti paylaşımda qayınatası N.Şirinov və əri Ümidin şəklinə Fatimə “Başda qayınatam və həyat yoldaşım olmaqla bütün müəllimləri bu gün münasibəti təbrik edirəm. Bizə həyatda nəsə öyrədən hər kəsə təşəkkürlər” şərhini yazıb.