Həbsdə olan meyxanaçı Rəşad Dağlının övladlarının təhsil haqqını həmkarı Orxan Lökbatanlının ödədiyi iddia olunub.
OLAY yazır ki, bu barədə “İncə səhər” proqramında aparıcı Vüsalə Əlizadə sual ünvanlayıb. “Deyirlər ki, Rəşad Dağlının övladlarının təhsil haqqında kömək edir, amma gizlədir” fikrinə Orxan bu cavabı verib:
“Biz o uşaqların həmişə yanındayıq. Rəşad azadlığa çıxana qədər də, ondan sonra da. Onların təhsil haqqını azərbaycanlı iş adamı qarşılayır. Hətta özləri də təşəkkür etmişdilər. İkinci ildir ki, ödəyir. Sadəcə vasitəmlə oldu, mənə zəng vurmuşdular”.