Fotosessiya
Fotosessiya

“Gücüm, ilhamım və həmişəlik dostum”

“Gücüm, ilhamım və həmişəlik dostum”

Aparıcı və aktyor İlkin Həsəni həyat yoldaşı, bloger Aysel Həsəni ilə bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, xanımı ilə çəkilən ağ-qara fotolarını instaqram səhifəsində yayımlayan İlkin onun bu gün doğum günü olduğunu bildirib.

İlkin bu münasibətlə Ayseli təbrik edərək, sevgisini bu sözlərlə ifadə edib:

“Gücüm, ilhamım və həmişəlik dostum. Hekayəmizin daha çox gözəl xatirələrlə yadda qalması üçün əlimdən gələni edəcəm. Doğum günün mübarək”.

Qeyd edək ki, cütlüyün Alisa adlı bir qızı və Rain adlı bir oğlan övladı var.