Fotosessiya
Fotosessiya

Elzadan AYB-nin xəbərdarlığına reaksiya!

Elzadan AYB-nin xəbərdarlığına reaksiya!

Bir neçə həftə əvvəl Əməkdar artist Elza Seyidcahanın efirlərin birində səsləndirdiyi yeni şeiri qalmaqala səbəb olub. Belə ki, şeirdə yer alan “Tüpürüm sizin ağzınıza” ifadəsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bundan sonra sənətçinin üzv olduğu Azərbaycan Yazıçılar Birliyi tərəfindən xəbərdarlıq edilib.

OLAY yazır ki, Elza AYB-nin xəbərdarlığına sosial şəbəkə hesabında reaksiya bildirib.

Beləki Seyidcayan Azərbaycan Yazıçılar Birliyində lentə alınan özünün, bacısı Rasimə Seyidcahanın, AYB-ın sədri Anar Rzayev və sədr müavini Rəşad Məcidin yer aldığı fotonu yayımlayaraq “Azərbaycan Yazıçılar Birliyi məni məndən çox sevir” sözlərini yazıb.

Diqqət çəkən məqam müğənninin paylaşımındakı şərh bölümünü bağlaması olub. 

Qeyd edək ki, Elza Seyidcahana sözügedən şeirlə bağlı xəbərdarlıqda vurğulanıb ki, birliyin katibliyi onu belə çıxışlardan, leksikonunda mənfi təəssürat oyadan kəlmə və ifadələrə yer verməkdən çəkinməyə çağırıb.