Bir neçə həftə əvvəl Nyu-Yorkdan Mayamiyə köçən keçmiş teleradioaparıcısı Günel Hümbətova paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, gündəlik rutinini izləyiciləri ilə bölüşən Günel hər həftə sonu zamanını evinin təmizlənməsinə ayırdığını bildirib.
“Dərindən təmizlik günü. Və mən bunu hər həftə sonu edirəm. Evim mütləq təmiz olmalıdır. Ortalıqda minimum əşya olmalıdır Basırıq və çox ev aksessuarları sevmirəm. Belə olanda gözüm yorulur. Ümumiyyətlə evim çirkli olanda dəli oluram. Əgər ev çirklidirsə nə gəzməyə gedə bilərəm nə də başqa nəyəsə fokus ola bilərəm. Ruh və mental rahatlığım ilk növbədə evimin təmizliyindən aslıdır. Yüksələnim qız bürcüdür, deyilənə görə bunun təsirindən ola bilər”, - deyə G. Hümbətova paylaşımında yazıb.