Fotosessiya
Fotosessiya

Rusiyada məşhur aparıcının məzarı dağıdıldı

Rusiyada məşhur aparıcının məzarı dağıdıldı

Moskvanın Novodeviçye qəbiristanlığında naməlum şəxs məşhur teleaparıcı Aleksandr Maslyakovun məzarını dağıdıb.

OLAY yazır ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. 

Kişi qəbiristanlığa gələrək xaçı yerindən qoparıb, çiçəkləri ətrafa atıb və şəkillərin yerini dəyişib

Məlumata görə, mühafizəçilər həmin şəxsi qəbiristanlığın ərazisindən çıxarıblar və onu polis əməkdaşlarına təhvil veriblər.

Qeyd edək ki, Aleksandr Maslyakov 2024-cü il sentyabrın 8-də  82 yaşında dünyasını dəyişib. Televiziya ulduzunun ölüm səbəbi illərdir əziyyət çəkdiyi xərçəng xəstəliyi olub. Həkimlər Rusiyanın Əməkdar artistində əməliyyat olunmayan şiş aşkar ediblər. Son iki ildə aparıcı səhhəti pisləşdiyi üçün ekranlara çıxmağı dayandırıb.