Fotosessiya
Fotosessiya

Britni rekord məbləğdə aliment ödəyirmiş

Britni rekord məbləğdə aliment ödəyirmiş

Dünya şöhrətli pop ulduz Britni Spirsin rekord məbləğdə aliment ödədiyi üzə çıxıb.

OLAY yazır ki, 42 yaşlı sənətçi nə az nə çox düz 5 milyon dollar aliment ödədiyib. 

Bu gün Britni Spirsin kiçik oğlu Ceydenin 18 yaşı tamam olur və bu o deməkdir ki, müğənni rəsmi olaraq uşaq dəstəyi (aliment – red.) ödənişlərindən azad olacaq. 

Demək olar ki, varisin bütün həyatı boyunca ulduz atası Kevin Federlayna pul göndərib. Ümumilikdə məbləğ 5 milyon dollara çatıb.

Spirsə yaxın mənbə “Daily Mail” nəşrinə açıqlamasında “Britninin Kevinə iki oğlan uşağı üçün göndərdiyi məbləğ qeyri-adidir və bu, böyük bir ailəni dolandırmaq üçün kifayətdir” vurğulayıb.