“Elə oldu ki, mən evlilikdən əvvəl atamın sonra evli olduğum müddətdə ərimin himayəsində idim. Heç vaxt yüz faiz müstəqil olmamışam. Bu səhifəni vərəqləmək və yeni bir yol seçmək mənim üçün çox çətin idi... Nəhayət atmağa qərar verdiyim çətin addım. Amma məlum oldu ki, mən düşündüyümdən qat-qat güclüyəm”.
OLAY yazır ki, bu sözləri yəhudi əsilli milyarder və iş adamı Yan Abramovdan boşanan Rusiyanın estrada ulduzu Alsu “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində deyib.
18 illik evliliyini sonlandıran sənətçi bildirib ki, yaşadıqlarına rəğmən onu ayaqda saxlayan və həyata bağlayan işi və musiqidir:
“Boşandığımdan sonra içimdə bəzi gizli güclər, yeni bir nəfəs açıldı. Belə çıxır ki, qadınlar hər şeyi edə bilər. Doğrudurmu… İndi yeni layihələrlə məşğul oluram, çoxlu təkliflər alıram, özümü bütün istiqamətlərdə sınayıram. Çoxlu uçuşlara, səhərə qədər çəkilişlərə baxmayaraq, iş məni ruhlandırır. Mənim üçün musiqi əlavə enerjidir.
“Uşaqlarınız, xüsusi ilə də qız övladlarınız ataları Yan Abramovla ünsiyyət saxlayırlar?” sualına Alsu “Əlbətdə” cavabını verərək fikirlərini belə davam edib:
“Məncə, valideynlər uşağın həyatında ən vacib şeydir. Bu baxımdan heç nə dəyişməyib. Çox müdrik övladlarım olduğu üçün şanslıyam”.
Qeyd edək ki, Alsun və Yanın iki qız və bir oğlan övladları var.