Fotosessiya
Fotosessiya

Ədalət pencəyini Həmidə Ömərovanın ayaqları altına sərdi

Ədalət pencəyini Həmidə Ömərovanın ayaqları altına sərdi

Əməkdar artist Ədalət Şükürov Xalq artisti Həmidə Ömərova ilə rəqsi sosial şəbəkədə gündəm olub.

OLAY yazır ki, aparıcı Şəhriyar Əbilovun doğum günündə ifa edən sənətçi aktrisanı qolundan tutaraq rəqsə dəvət edib. Bundan sonra Şükürov bahalı pencəyini H.Ömərovanın ayaqlarının altına sərib. 

Onun bu addımı isə digər məşhurlar tərəfindən alqış və coşqu ilə  qarşılanıb. Daha sonra Şəhriyar Şükürovun pencəyini yerdən götürüb və onlarla bərabər rəqsini davam edib. Həmin bu anları isə Ədalət Şükürov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.