Fotosessiya
Fotosessiya

Cici Zeyndən olan qızının fotolarını paylaşdı

Cici Zeyndən olan qızının fotolarını paylaşdı

Dünyaca məşhur supermodel Cici Hadid uzun müddətdən sonra pop ulduz Zeyn Malikdən olan qızı Xayı üzə çıxarıb.

OLAY yazır ki, Cici övladının şəkillərini instaqramda bölüşüb. Şəkillərdə diqqət çəkən məqam yenə də qızının üzünü gizlətməsidir. 

Sentyabrın 19-da dörd yaşı tamam olacaq qızını Hadid bir dəqiqə də olsa gözündən kənar qoymur. Onun super ana olması ilə bağlı şayiələr də dolaşır. Qızı ilə vaxt keçirmək və kiçik Xayın təhlükəsizliyi Cici üçün hər şeydən əvvəl gəlir. Buna görə də hətta Hadidin iş qrafiki qızının cədvəli əsasında qurulur.

Cici hətta şəxsi həyatını elə qurur ki, onun sevgilisi, Hollivud ulduzu Bredli Kuperlə münasibəti qızının tərbiyəsinə xələl gətirməsin.

Qeyd edək ki, Cici və Zeyn qızlarını şəhərin səs-küyündən uzaqda böyütməyə üstünlük verirlər. Belə ki övladları doğulduqdan sonra keçmiş cütlük fermaya köçüb.