Son günlər qalmaqallı canlı yayımları ilə müzakirə yaradan müğənni Serdar Ortaç çətinliklərindən söz açıb.
OLAY yazır ki, sənətçi son 5 ildə yaşadıqlarından danışıb:
“Hər şeyimi – sağlamlığımı, atamı, qardaşımı, gitara ifaçımı itirdim. Bunlar hamısı son beş ildə yaşandı. Üstəlik boşandım. Bu, ən yüngülü idi. İtirəcək heç nəyim yoxdur. Maqazin mediasında nə dedikləri önəmli deyil. Evim yansa, arxamı çevirib baxmaram”.