Fotosessiya
Fotosessiya

Tanıma mərhələsindədir, amma qarşı tərəf bilmir

Tanıma mərhələsindədir, amma qarşı tərəf bilmir

Türkiyəli aktrisa Bade İşçil yeni münasibətinin olduğunu açıqlayıb.

OLAY yazır ki, o, hələ ki qarşı tərəfi tanıma mərhələsində olduğunu deyib. Bu barədə aktrisa jurnalistlərə müsahibəsində söz açıb.

“Kriteriyalarıma baxıram. Birlikdə yemək yeyək, görüşək, sonra baxacam. Hazırda dəyərləndirirəm. Aramızda qalsın, amma hələ özünə deməmişəm. Yeni-yeni tanıyıram. Olsa, siz də görəcəksiniz. Hələ ki izləyirəm. Gedib təklif edəcəyəm”, - deyə, B. İşçil söyləyib.