Fotosessiya
Fotosessiya

“Vogue” üzü görən şərqi asiyalı ilk qadın…

“Vogue” üzü görən şərqi asiyalı ilk qadın…

Netflix platformasında kifayət qədər reytinq əldə edən “Squid Games” serialının ulduzu Jung Ho-yeon “Vogue USA” jurnalının üz qabığına çıxıb.

OLAY yazır ki, beynəlxalq aləmdə tanınan aktrisa və model Jung sözügedən dərginin üz qabığınında olan ilk koreyalı qadın deyil, həm də nəşrin 129 illik tarixində Şərqi Asiyadan bunu edən ilk xanım olub. 

Xatırladaq ki, 2021-ci ilin oktyabrında premyerası olan Cənubi Koreya serialı “Squid Game” Netflix tarixində ən populyar layihə kimi tanınıb.

Ekran işindən sonra Jung Ho-yeonun Instagram hesabının izləyicilərinin sayı 400 mindən 15 milyona yüksəlib. 

Bu göstəricilər cəmi üç həftə ərzində baş verib (hazırda abunəçilərin sayı 23,5 milyonu ötür).

Serialda o, Şimali Koreyalı qaçqın Kang Sae Bek rolunu canlandırıb.