Fotosessiya
Fotosessiya

Arvadı Kanyenin təsiri altındadır

Arvadı Kanyenin təsiri altındadır

Kanye Uest icazə verilən bütün sərhədləri keçib.

OLAY yazır ki, son olaraq musiqiçi həyat yoldaşı Bianka Sensoriyə yalnız şəffaf yağış paltarı  geyindirməklə gündəmə gəlib. Hətta sənətçi model intim yerlərini əli ilə örtməyə məcbur qalıb.

Sənətçinin arvadını camaat qarşısında niyə soyundurması ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürür. Bütün bunların fonunda isə Biankanın valideynlərinin baş verənlərə necə yanaşması fanatları maraqlandıran əsas məsələlərdən biridir.

“Daily Mail” bildirib ki, valideynlərinin sözlərinə görə, Bianka evlilikdən öncə və sonra tamamilə başqa insan olub. Hər yeni görüntüylə ana və ata vəziyyətin getdikcə pisləşdiyinə inanırlar, lakin Bianca bunun üçün günahlandırılmır. 

“O, nəzarət altında olmasaydı, bunu etməzdi. Kanye onu nəzarətdə saxlamağa davam edir. O, ərinin təsiri altında olduğunu belə anlamır, ona məsləhət verilməsəydi, ictimai yerlərdə çılpaq gəzməzdi”.

Qeyd edək ki, cütlük ötən il ailə qurub.