Aktyor Burak Özçivit həyat yoldaşı aktrisa Fahriye Evcenin reklam çəkilişində karavan problemi yaratdığı xəbərlərinə aydınlıq gətirib.
OLAY yazır ki, Burak sosial media hesabında paylaşım edərək xəbəri yalanlayıb.
“Həyat yoldaşımla birgə gözəl bir reklam çəkdik. 3 gün boyunca güldük, əyləndik. Heyətlə bu xoşbəxtliyi yaşayarkən, uşaqlarımız da yanımızda idi. İddia adı altında karavan üzərindən çıxan bu xəbərlərdən artıq çox sıxıldıq. Xahiş edirik, bizim üzərimizdən xəbər çıxarıb iddia deyərək xəbər hazırlamaqdan vaz keçin”, - deyə, o, bildirib.
Qeyd edək ki, 80 milyon lirəlik (4 milyon 444 min manat) reklam çəkilişlərində Fahriyenin özəl otaq hazırlanmasına baxmayaraq, karavan olmadığına görə çəkilişlərə başlamayıb, problem yaratdığı iddia edilirdi.