Fotosessiya
Fotosessiya

Sevgililər birgə görüntüləndilər...

Sevgililər birgə görüntüləndilər...

Məşhur model Cici Hadid və sevgilisi, aktyor Bredli Kuper birgə görüntülənib.

OLAY yazır ki, ikili Londonda kameralara tuş gəlib. Onlar rahat görünsələr də, qara eynəklərini taxmağı unutmayıblar.

Qeyd edək ki, münasibətləri bir neçə aydır başlayan cütlük bir-birilərini valideynləri ilə də tanış ediblər.

Xatırladaq ki, Bredlinin məşhur model İrina Şeykdən Li adlı qızı, Cicinin Zayn Maliklə münasibətindən Khai adlı qızı var.