"Vogue Arabia" jurnalının yeni sayı işıq üzü görüb.
OLAY yazır ki, jurnal bu dəfə yeni sayını Qəzzada çətin şəraitdə vəzifələrini qəhrəmancasına və fədakarcasına yerinə yetirən cəsur həkimlərə, tibb bacılarına və müxbirlərə həsr edib.
Üzlükdə Fələstinin müxtəlif bölgələrini əks etdirən ənənəvi naxışlar əks olunub.
Nəşrin redaktorlarının fikrincə, bu, regionun mədəniyyətini simvollaşdırır və sülhə növbəti çağırışdır.